Qazaxıstanda matəm günü ilə əlaqədar bayraqlar endirilib

Qazaxıstanda matəm günü ilə əlaqədar bayraqlar endirilib

28 Dekabr 2019 11:28
Bəyəndim (1) Bəyənmədim (0)

Bu gün Qazaxıstanda matəm günü ilə əlaqədar bayraqlar endirilib.

Oxumeni.az xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev dünən Almatı yaxınlığında təyyarənin qəzaya uğraması nəticəsində çoxlu sayda insanın həlak olması ilə əlaqədar dekabrın 28-ni matəm günü elan edib.

Matəm günü ilə əlaqədar Qazaxıstan ərazisindəki bütün inzibati binalarda, həmçinin ölkənin xaricdəki diplomatik nümayəndəliklərinin binalarında bayraqlar endirilib.

Ölkədə dekabrın 28-nə nəzərdə tutulan bütün əyləncəli proqramlar və bayram tədbirləri təxirə salınıb.

Xatırladaq ki, Qazaxıstanın “Bek Air” aviaşirkətinə məxsus “Fokker 100” tipli sərnişin təyyarəsi Almatı Aeroportu yaxınlığında qəzaya uğrayıb.

Hadisə nəticəsində 15 nəfər həlak olub, 35 nəfər xəsarət alıb. Hazırda xəstəxanada olanlardan 14 nəfərin vəziyyəti ağırdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az