Argentinalı qanunvericilər böhran səbəbindən maaşlarını dondurublar

Argentinalı qanunvericilər böhran səbəbindən maaşlarını dondurublar

28 Dekabr 2019 15:57
Bəyəndim (1) Bəyənmədim (0)

Argentina parlamentinin aşağı və yuxarı palatalarının sədrləri ölkədəki böhran səbəbindən qanunvericilərin maaşlarını altı ay dondurmaq barədə fərman imzalayıblar.

Oxumeni.az Argentina mətbuatına istinadla xəbər verir ki, bu barədə Deputatlar palatasının (aşağı palata) spikeri Serxio Massa məlumat yayıb.

Argentina artıq bir neçə ildir iqtisadiyyatın artım tempini bərpa edə bilmir və ən yüksək inflyasiyalı ölkələr sırasında yer alır. Dekabrın 10-da prezident postuna sol mərkəzçi Alberto Fernandes keçib. Ötən həftə parlament iqtisadi sahədə fövqəladə vəziyyət rejimi barədə qanun layihəsini təsdiqləyib. Fövqəladə vəziyyət rejimi kommunal xidmətlərə tariflərin dondurulması, fərdi şəxslər üçün xarici valyutanın alınmasına 30 faizlik vergi tətbiq edilməsi, həmçinin ixracat rüsumlarının artırılması da daxil olmaqla, bir sıra tədbirlər kompleksini qəbul etməyə imkan verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az