İspaniyadan cavab addımı: 3 diplomat ölkədən çıxarılır

İspaniyadan cavab addımı: 3 diplomat ölkədən çıxarılır

31 Dekabr 2019 11:38
Bəyəndim (0) Bəyənmədim (0)

İspaniya hökuməti Boliviyanın iki ispan diplomatı və bəzi polisləri ölkədən çıxarmasına qarşılıq olaraq 3 boliviyalı diplomatı “persona non qrata” elan edib.

Oxumeni.az xarici KİV-ə istinadən xəbər verir ki, İspaniya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda həmin diplomatların 72 saat ərzində ölkəni tərk etməli olduqları qeyd edilib. Bundan başqa, İspaniya hökuməti iki ölkə arasındakı iş birliyi və inam hissinin yenidən yaranması istiqamətində addımlar atması üçün Boliviyanın müvəqqəti hökumətinə çağırış edib.

Qeyd edək ki, İspaniyadan xaric edilən diplomatlar ticari attaşe Luis Quispe Condori, hərbi attaşe Marselo Varqas Barral və polis işçisi Fernando Oblitas Silesdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az