Yusif Vəzirov küçəsinin sakinləri sökülən evin tikinti tullantılarının təmizlənməməsindən şikayətçidirlər
Nərimanov rayonu Yusif Yusif Vəzirov küçəsindəki 100 saylı evin sakinləri evin yaxınlığındakı sökülən binaya məxsus tikintinin tullantılarının təmizlənməməsindən şikayətçidirlər.
Bununla bağlı Yusif Vəzirov küçəsi 100 saylı evin sakinləri adından redaksiyamıza müraciət daxil olmuşdur. Müraciəti araşdırmaq üçün hadisə yerində sakinlərlə görüşdük. Sakinlərin əsas tələbi evin qarşısında qanunsuz tikilən obyektin sökülməsindən sonra əmələ gələn tikinti tullantılarının dərhal təmizlənməsi idi. Doğrudan da həmin ərazi zibilin, antisanitar şəraitin və infeksiya törədicinin əmələ gəldiyi yerə cevrilmişdir. Müvafiq qurumlar isə sanki bunu görmür və ya özlərini görməzliyə vururlar.
Sakinlər: “Dəfələrlə obyektin sahibindən ərazinin təmizlənməsini tələb etmişik, lakin hələ də müraciətlərimizə adekvat cavab verilmir, üstəlik deyirlər ki, həmin ərazini təmizləməkdən imtina edirlər.
Bundan əlavə, yola bitişik ərazidə evin qarşısında təhlükə yaradan ağaclar var, güclü külək ağacları yola və ya evin yaşayış hissəsinə aşıra və nəticədə bu dağıntıya, insan insan tələfatına səbəb ola bilər.
Sizdən yaranan bu antisanitar vəziyyəti icitmailəşdirməyi xahiş edirik!
Yusif Vəzirov küçəsi 100 saylı evin sakinləri".
Məsələ ilə bağlı qarşı tərəfin fikirlərini dinləməyə hazırıq.
Murad Şahməmmədov, Oxuməni.az