Müğənni istintaqa cəlb olunub
Amerikalı müğənni Keti Perriyə qarşı Balear adalarında ekoloji cəhətdən həssas olan qum təpələrində icazəsiz video çəkdirdiyi səbəbilə istintaq başladılıb.
Dünya şöhrətli müğənni Keti Perri son çıxardığı albomdan sonra çəkdirdiyi klipə görə İspaniyada istintaqa cəlb olunub.
Kameralar qarşısına keçən Perri, Balear adalarındakı ekoloji cəhətdən həssas qum təpələrində icazəsiz videolar çəkdiyi üçün istintaqa cəlb edilib. Görüntülərdə Perrinin qum təpələrində əyləndiyi əks olunsa da, hazırda adada qorunan qum təpələrinin ortasındakı çəkiliş zamanı təpələrin dağılması araşdırılır.
İspaniya hökuməti videonun çəkilişinə cavabdeh olan prodüser şirkətinin icazə almadığını açıqlayıb. Perri hələlik məsələ ilə bağlı açıqlama verməyib...
Oxuməni.az