Aleksandr Maslyakov vəfat edib

Aleksandr Maslyakov vəfat edib

9 Sentyabr 11:56
Bəyəndim (6) Bəyənmədim (0)

"Şən və hazırcavablar klubu" (“KVN”) komediya şousunun daimi aparıcısı Aleksandr Maslyakov 83 yaşında vəfat edib. Bu barədə teleşounun rəsmi teleqram kanalı məlumat yayıb.

“O, KVN hərəkatının bütün iştirakçıları və milyonlarla tamaşaçı üçün əfsanə olub və əbədi olaraq qalacaq. 1964-cü ildən Rusiyada və xaricdə yumor və satira simvoluna çevrilən KVN proqramının aparıcısı oldu.

“Mach” yazır ki, aprel ayından Maslyakov ağciyərlərində əməliyyat oluna bilməyəcək şişə görə profilaktik müalicə alırdı. Aparıcının KVN-dən ayrılmasına səbəb səhhətindəki problemlər olub. Maslyakovun şişi 2022-ci ildə koronavirus infeksiyasından sonra aşkar edilib.

Aleksandr Maslyakov 24 noyabr 1941-ci ildə Yekaterinburqda (əvvəllər Sverdlovsk) anadan olub. O, Rusiyanın əməkdar incəsənət xadimi, Çeçenistan Respublikasının xalq artisti olub.

Almaz Həsənli