ABBA nağaraçısı Rocer Palm vəfat edib

ABBA nağaraçısı Rocer Palm vəfat edib

23 Sentyabr 14:45
Bəyəndim (0) Bəyənmədim (0)


İsveçli musiqiçi və əfsanəvi ABBA qrupunun nağaraçısı Rocer Palm vəfat edib. O, şənbə günü Stokholmda vəfat edib.

Musiqiçinin yaxınlarının dediyinə görə, Palm bir sıra fəsadlara səbəb olan demensiya ilə uzun sürən mübarizədən sonra dünyasını dəyişib.

Rocer Palm 1949-cu ildə anadan olub. O, Gimmicks, Beatmakers və Moonlighters qrupunun üzvü idi, lakin 1970-ci illərdən etibarən ABBA-nın nağaraçısı kimi ən böyük populyarlıq qazandı. Musiqiçini “Dancing Queen”, “Mamma Mia”, “Take a Chance on Me”, “Thank You for the Music” mahnılarında dinləmək olar.

Palmın peşəkar karyerası yerli The Skymen qrupunda başladı, 1960-cı illərin ortalarında rəqs orkestri ilə ölkəni fəal şəkildə gəzməyə başladı və 1966-cı ildə Stokholmda məskunlaşdı və burada Gimmicks qrupunu yaratmağa qərar verdi.

Dörd yaşından musiqiçi qarmonda ifa edirdi. 12 yaşında gitara çalmağı öyrəndi, sonra nağara çalmağa başladı. İlk çubuqlarını bağda tapılan budaqlardan hazırlayıb.

Əziz Mustafa