YETİM EYVAZIN OĞLU OD PÜSKÜRDÜ

YETİM EYVAZIN OĞLU OD PÜSKÜRDÜ

1 Noyabr 11:05
Bəyəndim (4) Bəyənmədim (0)

Son zamanlarda şou-biznes aləmində plagiatlıq və özbaşınalıq baş alıb gedir. Bu yaxınlarda sosial şəbəkələrdə Yetim Eyvazın sözlərinə yazılmış “Yağış yağır” şeiri müzakirələrə səbəb olub. Belə ki, şairin şeirini özününküləşdirən həvəskar müğənni sayılan musiqiçi Babək Nur şeirin sözlərinin ona, musiqisi isə Yetim Eyvaza aid olduğunu qeyd edib. Məsələdən xəbər tutan şairin yaxınları da bu hadisəyə biganə qalmayıblar. Mən də yazının müəllifi olaraq öz növbəmdə şairin oğlu, müğənni, “Azərbaycanın səsi”mahnı müsabiqəsinin qalibi Akşin Qurbanovla əlaqə yaratdım:

“Məsələdən məlumatım var. Bəli, xəbərim var ki, atam Eyvazın şeirini hansısa həvəskar müğənni çıxıb, şeirin sözlərini özününküləşdirərək öz adına çıxarmağı məndə ikrah hissi yaradıb. Qeyd edim ki, atama məxsus olan bu şeiri və musiqini düz 8 il öncə icazəsiz müğənni Rəqsanə İsmayılova oxuyub. Amma daha sonra hansısa bir həvəskar müğənninin bu şeirin sözlərini özününküləşdirməsi məndə qıcıq hissi yaratdı və bununla bağlı mən lazım olan qurumlara müraciət edəcəyəm. Bu yaxınlarda isə müğənni Yaşar Yusubun bu mahnını oxuması bir çox sənət adamlarında da nədənsə qıcıq yaradıb və mahnının oxunması üçün şəxsən mənimlə əlaqə yaradılıb, məndən icazəsi alınıb. Mən atamın şeirlərinə görə müəlliflik hüququnu daşıyıram və bir çoxları mənim atam Eyvazın şeirlərini Vəfanın, Şəbnəmin, Nəfəsin bayağı mahnılarına bənzətməsinlər.

Bir daha mən demək istəyirəm ki, atamın şeirini özününküləşdirən “müğənnilər”lə bağlı lazımı tədbir görüləcək”

Aydın Ulusoy