Məşhur müğənni Şakira rəsmi mahnısı olan "Dai Dai"nin bütün qonorarlarını uşaqların təhsilinə bağışlayacağını açıqladı
Dünyaca məşhur kolumbiyalı müğənni Şakira uşaqların gələcəyinə işıq salacaq sosial məsuliyyətdə nəhəng bir addım atdı.
Şakira 2026-cı il FİFA Dünya Kuboku üçün rəsmi mahnısı olan "Dai Dai"nin bütün qonorarlarını uşaqların təhsilinə bağışlayacağını açıqladı.
Oxuməni.az-ın yaydığı məlumata görə bu barədə Haberler.com. xəbər verib
Təhsilə sadiqliyi ilə tanınan Şakira daha da irəli gedərək qarşıdakı turunda satılan hər bilet üçün eyni fonda 1 dollar bağışlayacağını açıqladı. Uzun illərdir ehtiyacı olan uşaqlara məktəblər və təhsil imkanları təqdim edən ulduz, bu addımla Dünya Kubokunun həyəcanını mənalı bir xeyirxahlığa çevirdi.
.Əziz Mustafa
Digər xəbərlər































































































