Tahir və Cabir "Ölülər" əsərini yenidən canlandırdılar
Nizami Kino Mərkəzində "Ölülər" milli filminin və ABŞ-ın "Leyləklər" animasiya filminin nümayişi başlanıb.
"Leyləklər" animasiya filmini rejissor Nikolas Stoller ailəvi komediya, fantaziy və macəra janrında ekranlaşdırıb. Yaş həddi: 6+
Leyləklər uşaq gətirir...və ya əvvəllər gətirirdilər. İndisə onlar böyük satış saytının mallarının çatdırılması ilə məşquldular. Şirkətin ən yaxşı kuryeri leylək Cunior təsadufən uşaq hazırlayan maşını aktivləşdirərək gözəl, amma plandan kənar qız sahibi olur. Bu məqamdan macəralar başlayır...
Baş rolları Keti Kraun, Kelsi Qremmer, Cennifer Eniston, Tay Burell, Anton Starkman, Kiqen –MayklbKi, Cordan Pil, Denni Trexo və Stiv Qlikman ifa ediblər.
Tahir və Cabir İmanov qardaşlarının prodüseri olduğu "Ölülər XXI əsr" filmi Cəlil Məmmədquluzadəyə ithaf olunub. Film məşhur "Ölülər" əsərinin müasir versiyasıdır". Yaş həddi:14+
Yeni kinolentin ssenari müəllifləri Tahir İmanov, Ələkbər Əliyev, Mütəllim Həsənov, Anar Ömərov, Məmmədəli Kazımovdur. Quruluşçu rejissor Şuşa, quruluşçu operator Saulius Lukaşeviçius (Litva), bəstəkar Faiq Sücəddinovdur. Baş rollarda Tahir İmanov, Valeh Kərimov, Elnar Qarayev, Cabir İmanov, Rövşən Kərimduxt, Bəhram Bağırzadə, Azər Məmmədzadə, Dilarə Əliyeva, Mehriban Xanlarova, Elxan Quliyev, Ziba Şücayi çəkiliblər.
Filmlər haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook səhifəsindən öyrənmək mümkündür. (https://www.facebook.com/NizamiCinema?rf=hl
P.S. Məlumat görə Nizami Kino Mərkəzinin mətbuat katibi Arzu Əhədovaya təşəkkürümü bildiririk.
Hazırladı: Könül AYPARA

















































.jpg)
.jpg)






.jpg)






















.jpg)














