Orhan Ölməzi öldürmək istədilər

Orhan Ölməzi öldürmək istədilər

5 Dekabr 2016 10:05
Bəyəndim (0) Bəyənmədim (0)
Türk müğənni 5 yerindən bıçaqlandı!

Türkiyənin məşhur müğənnisi Orxan Ölməz qonşuları tərəfindən döyülərək bıçaqlanıb.

Səs-küy salan qonşuları ilə bir neçə dəfə mübahisə edən müğənni dünən axşam yaşadığı binanın önündə onlarla qarşılaşıb. Sərxoş olan qonşularına " Əgər köçürsünüzsə, kömək edim" deyən Orxanın sözü qonşularının xoşuna gəlməyib. Sənətçini avtodayanacağa qədər izləyən qonşular onun avtomobilinə minərək əvvəl Ölməzə hücum edib, sonra isə 5 yerindən bıçaqlayıblar.

Xəstəxanaya yerləşdirilən müğənninin müalicəsi davam edir. Polis cinayətkarları axtarır. (musavat)

Mediainfo.az