İnna və Otilia Yeni ili Bakıda keçirəcəklər
Xəbər verdiyimiz kimi, dünyaca məşhur müğənnilər İnna və Otilia 31 dekabr Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günündə Bakının qonağı olacaqlar. Məlumatına görə, sənətçilər "JW Marriott Absheron" otelində konsert proqramı ilə çıxış edəcəklər. Inna və Otilia ilə yanaşı gecədə xalq artisti Aygün Kazımova, müğənni Dilarə Kazımova səhnəyə çıxacaq. Gecənin təşkilatçısı "Vəlizadə" prodakşının rəhbəri Tural Vəlizadə bildirib ki, qonaqları maraqlı sürprizlər gözləyir:
"Biletlərimiz artıq məhdud sayda qalıb. Gecə saat 21:00-da başlayıb, 04:00-a kimi davam edəcək. Səhnəyə ilk olaraq Dilarə Kazımova çıxacaq. Daha sonra isə Aygün Kazımova və rumın müğənni Otilia mahnılarını səsləndirəcək. Gecə saat 12-dən sonra isə qonaqlar İnnanın şousunu izləyəcəklər. Daha sonra isə DJ Roşka səhnəyə çıxacaq. Gecənin qonaqları arasında yerli sakinlərlə yanaşı, əcnəbi turistlər də var. Bilet almağa turistlər daha çox maraq göstəriblər. Biletlərimizi şəhərin kassalarından və afişada yazılan nömrələrdən əldə etmək mükündür".
Şəlalə













































.jpg)
.jpg)






.jpg)






















.jpg)


















