Jurnalisti söyən idmançı bölməyə çağırıldı, İnstaqramını bağladı - VİDEO
Kamil Zeynallı: "Nə eləmişəm, əcəb eləmişəm, jurnalist olmur, kim olur olsun!"
Məşhur idmançı Kamil Zeynallı instaqram səhifəsinin bağlamasının səbəbini açıqlayıb.
O, açıqlamasında bu sözləri deyib: "İnstaqram səhifəmi bağladım. Çünki fikirlərim bir az qarışıqdır".
Kamil Zeynallı polis bölməsinə çağırılmasına da münasibət bildirib: "Vəkilim məlumat verəcək. O haqda danışmaq istəmirəm. Hər şey qaydasındadır. Həyat davam edir. Öz işimlə məşğulam". (teleqraf)
Mediainfo.az
Digər xəbərlər






























































































