Aysel Türkiyədə klip çəkdirdi - VİDEO

Aysel Türkiyədə klip çəkdirdi - VİDEO

3 Fevral 2017 10:56
Bəyəndim (0) Bəyənmədim (0)

Müğənni Aysel Əlizadə növbəti klipini təqdim edib.

Sözləri Leyli Erol, musiqisi Hakan Erola məxsus "Sarılsam" mahnısını türkiyəli rejissor Teoman Topçu ekranlaşdırıb. İstanbulda çəkilən klipin sujet xətti bir-birindən ayrı sevənlərin iztirabından bəhs edir. Çəkilişlər İstanbulun bir neçə səmtində aparılıb.

Qeyd edək ki, bu, Ayselin Türkiyədə çəkdirdiyi 3-cü klipidir. Bundan öncə sözügedən rejissor A.Əlizadənin "Ulduzlar" və "Geri Dönsən" mahnısına ekran həyatı verib.

Şəlalə Nəriman