Əbdül Xalid klipi üçün İnstaqramda canlı yayım etdi - VİDEO

Əbdül Xalid klipi üçün İnstaqramda canlı yayım etdi - VİDEO

7 Fevral 2017 09:33
Bəyəndim (0) Bəyənmədim (0)
""Sevgililər Günü"ndə bu yaradıcı işi "like" edənlərin sayı çox olacaq".

Müğənni Abdul Xalid, repertuarına yeni mahnı daxil edib.

Mediainfo.az-ın məlumatına görə, müğənni, rus dilində oxuduğu "Ya tak tebya lyublyu" ("Mən səni belə sevirəm") bəstəsini rəsmi "Youtube" kanalında klipi ilə eyni anda təqdim edib. A.Xalid, yaradıcılıq yeniliyi barəsində oxucularımızı belə məlumatlandırdı:

"Musiqisi Xəzər Aydəmirov, sözləri Zara xanım, aranjimanı İlkin Valehoğluna məxsus olan mahnı sevgidən bəhs edib. Müsbətdən bol olan bəstəni musiqi çarxı ilə birlikdə dinləyicilərə təqdim etmək, çalışdığım komandanın yekdil qərarı oldu. Videoqraf Tural Yusiflinin lentə aldığı ekran işi həm də bir özəlliyi ilə seçilir. Belə ki, çəkiliş etdiyimiz gün İnstagram səhifəmin izləyiciləri üçün canlı yayım etdim. Və "stop" deyilənə qədər izləyicilərə bildirmədik ki, onlarla virtual ünsiyyətimizin hər anı lentə alınır. Əsas odur istəyimizə nail olduq. Onu da deyim ki, ilk dəfədir repertuarımda rus dilində mahnı yer alır. Ümidvaram ki, 14 fevral "Sevgililər Günü" ərəfəsində tanıtımını etdiyimiz bu yaradıcı işi "like" edənlərin sayı çox olacaq".

Xalid klipboyu ön planda görünən model tərəf müqabili barəsində də məmnunluqla söhbət açdı:

"Lalə Dünyamalıya peşəkar model olmağı qarşısına məqsəd qoyan bir xanımdır. Çəkiliş zamanı qətiyyən kompleks yaşamadı. Ona həvalə edilən obrazı biz istəyəndən də gözəl və təbii canlandırdı. İnanırıq ki, sənət dünyasında yeni addımlar atan Lalənin aktrisa bacarığı bu işində ona daha böyük uğurlar qazandıracaq".

Sənətçi yaxın dostu və prodüseri Nicat İmanovun da zəhmətini məxsusi qeyd edib, ona olan təşəkkürünü bu sözlərlə dilə gətirdi:

"Bu il düz 5 il tamam olacaq ki, Nicatla birlikdə çalışırıq. Onun peşəkarlığına və qardaşlığına söz ola bilməz. Mən çox şadam ki, başda Nicat olmaqla, ətrafımda məni təmənnasız çox istəyib dəyər verən dostlarım var. Allah-Təala bu mehribançılığı bizə çox görməsin".

Şəlalə Nəriman