Müğənni Tünzalə Ağayevanln pula məhəbbəti ata itkisinə üstün gəldi...-VİDEO

Müğənni Tünzalə Ağayevanln pula məhəbbəti ata itkisinə üstün gəldi...-VİDEO

2 Aprel 2018 12:04
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən ayın 27-də ağır itki ilə üzləşən Tünzalə Ağayeva son günlərdə tənqid hədəfinə tuş gəlib.

Atasını itirən əməkdar artistin "instagram" hesabı vasitəsi ilə fərqli-fərqli pozalarda fotolar paylaşması birmənalı qarşılanmayıb. Bundan başqa Ağayevanın ötən gün xınayaxdı mərasimində çıxış etməsi də müğənnini qınayanların sayını artırıb.

Əməkdar artistin atasının 7 mərasimi günü şadyanalıq etməsi sosial şəbəkədə geniş müzakirələrə səbəb olub.

Qeyd edək ki, bir müddət öncə də eyni səbəbə görə şou-biznesin digər nümayəndəsi Damlaya qarşı tənqidlər yönəlmişdi.

mənbə: yenicag