Ceki Çan ölümlə üz-üzə qaldı

Ceki Çan ölümlə üz-üzə qaldı

25 Dekabr 2019 10:16
Bəyəndim (1) Bəyənmədim (0)

Çinli aktyor Ceki Çan çəkiliş zamanı ölüm təhlükəsi ilə üzləşib.

Oxumeni.az xarici KİV-ə istinadən xəbər verir ki, “Avanqard” filminin çəkilişi zamanı dənizdə daşın altında qalan aktyor sudan çıxa bilməyib. Ceki başına gələnlərdən sonra çox qorxduğunu deyib:

“Dənizdə atışma səhnələri çəkirdik. Gördüm daşın altında qaldım və sudan çıxa bilmədim. Həmkarlarım köməyimə çatdı. Çox güclü qorxu hissi keçirdim və titrəməyə başladım. Asanlıqla ölə bilərdim. Sudan çıxanda rejissor Stenli Tonqun ağladığını gördüm”.

Çan daha sonra çəkilişlərə davam edib. Film gələn ilin yanvarında nümayiş olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az