Neymar Səudiyyə klubundan ayrılaraq 65 milyon dollar almaq istəyir
Braziliyalı Neymar Səudiyyə Ərəbistanını tərk etmək istəyir, lakin ona ayrılan 65 milyon dollardan hələ də imtina etməyə hazır deyil. Braziliyanın “Globo” nəşri xəbər verir ki, futbolçu dogma “Santos”a qayıtmaq istəyir.
Dünya futbolunun ulduzu braziliyalı Neymar və Səudiyyənin “Əl-Hilal” klubu müqavilənin mümkün ləğvini müzakirə edirlər.
Futbolçu “Əl-Hilal”ı azad agent kimi tərk edə bilər, lakin forvard hələ də haqqı olan 65 milyon dollardan imtina etməyib.
"Daha əvvəl braziliyalı futbolçunun icarə əsasında "Santos"a keçməyə yaxın olduğu bildirilirdi.
Bu həftə hər şeyə qərar verilməlidir. Əsas məsələ maliyyə razılaşmasıdır. Müqavilənin şərtlərinə görə, Neymar “Əl-Hilal”dan daha 65 milyon dollar almalıdır və azadlığa çıxmaq istəsə də, hələ də bu məbləğdən imtina etməyib.
Məsələnin həlli variantlarından biri müqavilə üzrə məbləğin bir neçə əlavə ay ərzində ödənilməsi variantıdır. Digər tərəfdən, mən səudiyyəlilərin maliyyə problemlərinin olduğunu düşünmürəm.
Braziliyanın “Santos”u nikbindir və vəziyyəti sakitcə izləyir. Artıq klub futbolçunun geri qayıtması ilə bağlı razılığa gəlib. Yalnız gözləmək qalır.
Xatırladaq ki, Neymar “Əl-Hilal”ın tərkibində il yarımda çempionatda cəmi 3 oyun keçirib. Bu qədər oyuna görə pis mükafat deyil.
Almaz Həsənli