Kriştianu Ronaldunun 40 yaşı tamam olur
Fevralın 5-də Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldunun 40 yaşı tamam olub.
Ronaldu karyerasında 923 qol vurub, 788-ni klubda, 135-ini isə Portuqaliya millisində.
Ronaldu karyerası ərzində Portuqaliyanın "Sportinq", İngiltərənin "Mançester Yunayted", Madridin "Real” və Turinin "Yuventus"unda da çıxış edib.
Ronaldu beşqat Çempionlar Liqasının qalibi, beşqat "Qızıl top"un qalibi, dördqat "Qızıl buts"un qalibi və Avropa Çempionudur.
Ronaldu tarixdə top klub səviyyəsində 700 matçda qalib gələn ilk futbolçudur.
Portuqaliyalı hücumçu 2023-cü ilin yanvarından "Əl-Nəsr"də çıxış edir. Keçən il forvard klubun Ərəb Çempionlar Liqasının qalibi olmasına kömək edib.
Almaz Həsənli
Digər xəbərlər