
Nazim Sadıxov İsmayıl Bonfimə texniki nokautla qalib gəlib
Fevralın 15-dən 16-na keçən gecə Las-Veqasda (ABŞ) UFC Fight Night 251 döyüş gecəsi keçirilib. Əsas kart çərçivəsində azərbaycanlı Nazim Sadıxov braziliyalı İsmayıl Bonfimlə qarşılaşıb.
Döyüş Sadıxovun texniki nokautla qalib gəlməsi ilə başa çatıb. Bonfim gözünə zərbə endirildiyi üçün birinci və ikinci raundlar arasında mübarizəni davam etdirməkdən imtina edib. Sadıxov qarışıq döyüş növləri üzrə 10-cu qələbəsini qazanıb. Onun da bir məğlubiyyəti var.
Döyüşçünün özü qələbəni belə şərh edib: “Mən planetdə istənilən yüngül çəki ilə döyüşməyə hazıram. Mən ən yaxşıyam. Kimin nə deməsindən asılı olmayaraq, kəmər üçün gedirəm. görəcəksiniz."
Almaz Həsənli
Digər xəbərlər