Şahmat üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub

Şahmat üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub

17 Fevral 10:30
Bəyəndim (4) Bəyənmədim (0)


Şahmat üzrə Azərbaycan çempionatı başa çatıb.
Şahmat üzrə kişilər və qadınlar arasında Azərbaycan çempionatı Rauf Məmmədov və Günay Məmmədzadənin qələbəsi ilə başa çatıb.
Oxuməni.az xəbər verir ki, son yarış günündə həlledici görüşlərin taybrekləri baş tutub.
Kişilərin turnirində iki dəfə bərabərə qalan Rauf Məmmədov və Şəhriyar Məmmədyarov Azərbaycan çempionu adı uğrunda yenidən qarşılaşıblar. Rəqibini taybreyklə məğlub edən Məmmədov qalib gələrək birinci yeri tutub. Bu, onun altıncı çempionluğudur.
Teymur Rəcəbovun üçüncü yer uğrunda görüşdən kənarlaşdırılması gözlənildiyi üçün bürünc medal Misrətdin İsgəndərova nəsib olub. 1/4 finalda ötənilki çempion Aydın Süleymanlını məğlub edən 30 yaşlı qrossmeyster layiqli nəticə göstərib.
Qadınların yarışında isə Günay Məmmədzadə və Gövhər Beydullayeva hərəyə bir qələbə qazanaraq qalib adı uğrunda mübarizə aparıblar. Daha inamlı çıxış edən Məmmədzadə çempion adını qazanıb.
Bürünc uğrunda mübarizədə Gülnar Məmmədova Ülviyyə Fətəliyevaya qalib gələrək turnirin mükafatçısı olub.
Almaz Həsənli