Avropa Liqasının 1/8 final mərhələsinin bütün iştirakçıları bəlli olub

Avropa Liqasının 1/8 final mərhələsinin bütün iştirakçıları bəlli olub

21 Fevral 10:45
Bəyəndim (1) Bəyənmədim (0)


Avropa Liqasında 1/8 final mərhələsinin iştirakçıları müəyyənləşib.
Fevralın 20-də Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları keçirilib. Bu iki oyunluq qarşıdurma nəticəsində 1/8 finala Norveçin “Bodo-Qlimt”, Hollandiyanın “AZ Alkmaar”, İtaliyanın “Roma”, Rumıniyanın “Styaua”, Türkiyənin “Fənərbaxça”, Hollandiyanın “Ayaks”, Çexiyanın “Viktoriya Plzen” və İspaniyanın “Real Sosyedad” klubları yüksəlib.
Ümumi raundda birinci-səkkizinci yeri tutan komandalar da birbaşa bu mərhələyə vəsiqə qazanıblar: İtaliyanın “Latsio”, İspaniyanın “Atletik”, İngiltərənin “Mançester Yunayted” və “Tottenhem”, Almaniyanın “Ayntraxt”, Fransanın “Lion”, Yunanıstan “Olimpiakos”u və Şotlandiyanın “Reyncers”i.
Xatırladaq ki, Azərbaycan çempionu "Qarabağ" cari Avropa Liqasında iştirakını yanvarın 30-da başa vurub. Pley-offa çıxmaq şansını daha erkən itirmişdi. “Qarabağ” Avropa Liqasının 1/8 finalına yüksələn 16 komandadan altısı ilə oynayıb!
1/8 final mərhələsinin püşkatma mərasimi fevralın 21-də keçiriləcək.
Almaz Həsənli