
Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü atılıb
Oxuməni.az xəbər verir ki, Nyonda (İsveçrə) UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.
“Səpələnmiş” komandalar sırasına ümumi mərhələnin sonunda ilk 8-liyə daxil olan komandalar daxil idi. Pley-off matçlarının qalibləri isə “Səpələnməmiş”lər sırasında yer alıblar.
Püşkatma nəticəsində aşağıdakı cütlüklər formalaşıb:
“Brugge” (Belçika) – “Aston Villa” (İngiltərə);
"Real Madrid" (İspaniya) - "Atletiko” Madrid (İspaniya);
"Borussiya” Dortmund (Almaniya) - "Lill" (Fransa);
"Bavariya" (Almaniya) - "Bayer" (Almaniya);
"Feyenoord" (Hollandiya) - "İnter" (İtaliya);
“PSV” (Hollandiya) – “Arsenal” (İngiltərə);
“PSJ” (Fransa) – “Liverpul” (İngiltərə);
"Benfika" (Portuqaliya) - "Barselona" (İspaniya).
Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları 4/5 martda, cavab görüşləri isə 11/12 martda keçiriləcək.
Almaz Həsənli