
Futbol üzrə Azərbaycan milli komandası Latviya yığması ilə qarşılaşacaq
Futbol üzrə Azərbaycan milli komandasının builki yoldaşlıq oyunları üçün daha bir rəqibi müəyyənləşib.
Oxuməni.az-ın Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) istinadən verdiyi məlumata görə, komanda Latviya millisi ilə qarşılaşacaq.
Görüş iyunun 7-də Latviyanın paytaxtı Riqada baş tutacaq. Matçın başlama saatı və yeri daha sonra açıqlanacaq.
Daha əvvəl bildirilib ki, Azərbaycan martın 25-də Belarus, iyunun 10-da isə Macarıstanla görüşəcək. Hər iki qarşılaşma Bakıda baş tutacaq.
Almaz Həsənli
Digər xəbərlər