
Bakıda beynəlxalq oyun festivalı keçiriləcək
Bakı böyük beynəlxalq oyun festivalının, “Gamesummit”in keçiriləcəyi məkana çevriləcək. Tədbir 6-8 iyun tarixlərində Sea Breeze kompleksində baş tutacaq. Oxuməni.az bu barədə “Gamesummit.ai” saytına istinadən xəbər verir.
Festivalda oyun sənayesinin əsas simalarının iştirak edəcəyi gözlənilir ki, onlar da oyun inkişafındakı bütün mühüm tendensiyaları səsləndirəcəklər.
Ziyarətçilər ən populyar oyun növləri üzrə kiberidman (eSports) turnirlərini görəcək və iştirakçılar mükafatlar uğrunda mübarizə aparmaq imkanı əldə edəcəklər.
Qonaqlar həmçinin konfranslar, stolüstü oyun turnirləri və oyun studiyalarının nümayəndələri ilə ünsiyyətdən həzz alacaqlar.
Qeyd edək ki, sonuncu festivalda 27 minə yaxın insan iştirak edib.
Almaz Həsənli
Digər xəbərlər