
Formula 1 üzrə Çin Qran Prisinin qalibi məlum olub
Formula 1 sinfi üzrə Dünya Avtomobil Yarışı Çempionatının ikinci mərhələsində - Çin Qran Prisində McLaren komandasının avstraliyalı pilotu Oskar Piastri qalib gəlib.
Oxuməni.az xəbər verir ki, yarış Şanxayda baş tutub.
Oskar Piastrinin komanda yoldaşı britaniyalı Lando Norris ikinci yeri tutub. İlk üçlüyü Mercedes komandasının pilotu britaniyalı Corc Rassel tamamlayıb. Əyləc nasazlığı səbəbindən ispaniyalı Fernando Alonso (Aston Martin) yarışı erkən bitirib.
Piastri Formula 1-də üçüncü dəfə qalib olub. Avstraliyalı sürücü ötən mövsüm Macarıstan və Azərbaycanda keçirilən Qran Pri mərhələlərində qalib gəlmişdi.
Qran Prinin növbəti mərhələsi aprelin 4-dən 6-dək Yaponiyada keçiriləcək.
Oxuməni.az
Digər xəbərlər