Rafael Nadal Çempionlar Liqasının finalında "Real" və "Barselona"nı görmək istəyir

Rafael Nadal Çempionlar Liqasının finalında "Real" və "Barselona"nı görmək istəyir

24 Mart 09:46
Bəyəndim (0) Bəyənmədim (0)

Real Madrid azarkeşi olan əfsanəvi ispan tennisçi Rafael Nadal Çempionlar Liqasının Los Blancos - Barselona finalını görəcəyini gözləyir. Xatırladaq ki, 1/4 final mərhələsində "Real" London "Arsenal"ı ilə, "mavi-qaralar" isə Dortmund "Borussiya"sı ilə qarşılaşacaq.

"İspan futbolu üçün bu, həqiqətən də böyük hadisə olardı. Bununla belə, hər hansı bir proqnoz vermək hələ tezdir, çünki qarşıda yalnız 1/4 finallar var və hər şey dəyişə bilər. Buna baxmayaraq, belə bir ssenari olduqca real görünür. "Barselona" bu mövsüm parlaq və möhtəşəm futbol nümayiş etdirir və "Real" həmişə olduğu kimi, İspaniya futbolunun ən yüksək pilləsində də sona qədər mübarizə aparmağa hazırdır" deyə Nadal bəyan edib.

Əziz Mustafa, Oxuməni.az