Ronaldo yenidən rekord qırdı

Ronaldo yenidən rekord qırdı

24 Mart 19:49
Bəyəndim (3) Bəyənmədim (0)



Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo milli komandalar səviyyəsində keçirilən oyunlarda rekord sayda qələbəyə görə Ginnesin Rekordlar Kitabından sertifikat alıb.
Ronaldoya mükafat Millətlər Liqasında Danimarka ilə oyundan əvvəl təqdim olunub. Portuqaliyalı bu rekordu 2024-cü il noyabrın 15-də Millətlər Liqasında Polşaya qarşı oyununda (5:1) qırıb.
2003-cü ilin avqustundan 2024-cü ilin noyabrına qədər Ronaldo millidə 132 oyunda qalib gəlib.
Forvard ispaniyalı Serxio Ramos (180 oyunda 131 qələbə) və İker Kasilyası (167 oyunda 121 qələbə) qabaqlayır.

Aqşin Qoca, Oxuməni.az