Konor Makqreqor 7 ilə qədər həbs cəzası ala bilər

Konor Makqreqor 7 ilə qədər həbs cəzası ala bilər

25 Mart 12:32
Bəyəndim (4) Bəyənmədim (0)



UFC-nin keçmiş ikiqat çempionu, irlandiyalı Konor Makqreqoru 7 ilə qədər həbs cəzası gözləyir. Bu barədə “Irish Inependent” məlumat yayıb.
İrlandiyanın Dövlət İttihamlığı (Prokurorluğu) Direktorunun 2023-cü ilin Noyabr Dublin iğtişaşlarından bir gecə əvvəl X-də (keçmiş Twitter) Konorun miqrantlarla bağlı şərhlər verdiyi yazıları yaxından araşdırdığı anlaşılır. Səlahiyyətlilər onun mesajlarının irlandlar arasında zorakılığa səbəb ola biləcəyinə inanırlar.
İrlandiya qanunlarına görə, nifrətin qızışdırılması 7 ilə qədər həbslə cəzalandırılır. Qeyd edək ki, araşdırmalar davam etdiyi üçün hazırda Makqreqora qarşı heç bir ittiham irəli sürülməyib.
İdmançının günahı sübuta yetirilərsə, bu, onun karyerasında ən ciddi qalmaqallardan birinə çevrilə, onun idman və ictimai həyatda gələcəyi üçün gözlənilməz nəticələrə səbəb ola bilər.
Almaz Həsənli