
Azərbaycan millisi Belarusla qarşılaşacaq
Bu gün,futbol üzrə Azərbaycan milli komandası növbəti oyununu keçirəcək.
Oxuməni.az xəbər verir ki, yığmamız təlim-məşq toplanışı çərçivəsində ikinci yoldaşlıq görüşünə çıxacaq.
Fernandu Santuşun komandası Belarus komandası ilə qarşılaşacaq. Komandamız ilk dəfə “Bank Republic Arena”da çıxış edəcək. Oyun saat 21:45-də başlayacaq.
Bu görüşü FİFA referisi Aleko Aptsiaurinin rəhbərlik etdiyi gürcü hakimlər briqadası idarə edəcək.
Əvvəlki illərdə Belarus və Azərbaycan yığmaları altı dəfə qarşılaşıb: bir görüşdə belaruslar, üç dəfə azərbaycanlılar qalib gəlib, iki görüş heç-heçə başa çatıb.
FİFA reytinqində Belarus millisi hazırda 98-ci, Azərbaycan isə 117-ci yerdədir. Ötən həftə Belarus futbolçuları Düşənbədə Tacikistan yığmasını darmadağın edib (5:0), “milli”miz isə Sumqayıtda gözlənilmədən Haiti komandasından böyük hesablı məğlubiyyətlə üzləşib (0:3).
Almaz Həsənli