
Azərbaycan millisi Belarus yığması ilə yoldaşlıq görüşündə məğlub olub
Yığmamız təlim-məşq toplanışı çərçivəsində ikinci yoldaşlıq görüşünü keçirib.
Fernandu Santuşun yetirmələri Bakıda Belarus komandasına 0:2 hesabı ilə uduzub. Hər iki qol ikinci hissədə vurulub.
Oyun “Bank Republic Arena” stadionunda (Masazır) baş tutub. Qarşılaşmanın baş hakimi Gürcüstanlı Aleko Aptsiauri olub.
59-cu dəqiqədə hesabı Belarus millisinin yarımmüdafiəçisi Pavel Zabelin açıb. 78-ci dəqiqədə yarımmüdafiəçi Nikita Demçenko qonaqların üstünlüyünü artırıb.
Qeyd edək ki, komanda martın 22-də Haiti ilə yoldaşlıq görüşündə məğlub olub - 0:3.
Almaz Həsənli
Digər xəbərlər