
Rusiyalı fiqurlu konkisürən qız Azərbaycanı təmsil edə bilər
Rusiyalı fiqurlu konkisürən Veronika Jilina gələcəkdə idman vətəndaşlığını dəyişərək Azərbaycan millisini təmsil etməyi planlaşdırır. Bu barədə “TASS” və “RİA Novosti” mənbələrə istinadən məlumat yayıb.
“TASS”-dakı mənbə bildirir ki, 17 yaşlı Jilina gələn mövsümdən Azərbaycan üçün mübarizə aparacaq, “RİA Novosti” isə Azərbaycan federasiyasının nümayəndələri ilə ilkin danışıqların aparıldığını və hazırkı mərhələdə razılaşmaların pərdə arxasında olduğunu və rəsmiləşdirilmədiyini bildirir.
Veronika Jilina Evgeni Plushenkonun rəhbərliyi altında məşq edir. Zədə səbəbindən 2023/2024 mövsümündə yarışları buraxdı. Fiqurlu konkisürən qız Rusiya Gənclər Çempionatının gümüş mükafatçısı (2023) və Rusiya Gənclər Qran Prisinin finalının (2023) qalibi olub.
Almaz Həsənli