
Bakıda mini-futbol üzrə dünya çempionatının medalları təqdim olunub
Bakıda mini-futbol üzrə dünya çempionatının medallarının təqdimatı olub.
Bu barədə Azərbaycan Mini Futbol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Mükafatların üzərində Dünya Kubokunun loqosu həkk olunub.Medallar xüsusi materiallardan hazırlanıb və keyfiyyəti ilə seçilir.
Bakıda mini-futbol üzrə dünya çempionatının mükafatçısı olacaq hər komanda üçün 25 medal hazırlanıb.
Bu barədə "Report"a Azərbaycan Mini Futbol Federasiyasının baş katibi Orxan Hüseynov məlumat verib.
O bildirib ki, medallar Azərbaycanda hazırlanıb: "Diametri 8 sm-dir. Bu, Dünya Mini-Futbol Federasiyasının standartlarına uyğundur. Hər nominalda 25 medal. Beynəlxalq təşkilat bu məbləğin minimumunu tələb edirdi. Amma komandalardan hər hansı biri istəsə, əlavə sifariş verə bilərik".
Qeyd edək ki, Azərbaycanın paytaxtında keçiriləcək dünya çempionatı mayın 21-dən iyunun 1-dək keçiriləcək.Oyunlar Milli Gimnastika Arenasında keçiriləcək.
Almaz Həsənli