
Çexiyalı Menşik Cokoviçin karyerasında 100-cü titulunu qazanmasına mane olaraq Mayamidə keçirilən tennis turnirinin qalibi olub
Çexiyalı tennisçi Yakub Menşik Mayamidə (ABŞ) keçirilən “Masters” turnirinin finalında dünyanın keçmiş bir nömrəsi serbiyalı Novak Cokoviçə qalib gəlib.
19 yaşlı çex iki tay-brekdə qalib gəlib: 7:6 (7:4), 7:6 (7:4). Tennisçilər kortda 2 saat 3 dəqiqə vaxt keçiriblər.
37 yaşlı Cokoviç karyerasında 100-cü təklik titulunu əldən verdi. Menşik karyerasında ilk ATP titulunu qazandı. ATP reytinqinin yenilənmiş versiyasında Menşik karyerasında ən yüksək göstərici olmaqla 24-cü yeri tutacaq.
Oyundan əvvəl jurnalist Xose Moron qeyd edib ki, Cokoviç matçdan əvvəl kiçik fiziki çətinliklərlə üzləşib: serbin üzünün sağ tərəfində görünən şişlik var idi.
Almaz Həsənli
Digər xəbərlər