
Nigeriyalı boksçu döyüşdən sonra 40 yaşında dünyasını dəyişib
“BBC” xəbər verir ki, nigeriyalı boksçu Qabriel Oluvasegun Olanrevaju döyüşdən sonra 41 yaşında dünyasını dəyişib.
İdmançı ötən cümə günü Akkrada (Qana) qanalı Con Mbanuqu ilə döyüşün üçüncü raundunda huşunu itirib.
Qana Boks İdarəsi (GBA) boksçunun ölümünü təsdiqləyib və bildirib ki, ilkin tibbi yardım göstərildikdən sonra o, xəstəxanaya çatdırılıb və 30 dəqiqə sonra dünyasını dəyişib.
Buna qədər Olanrevaju peşəkar rinqdə 23 döyüş keçirib, bu döyüşlərdə 13 qələbə (12-si nokaut), 8 məğlubiyyət alıb, daha iki döyüşdə isə heç-heçə qeydə alınıb.
Almaz Həsənli
Digər xəbərlər