
Ronaldu bu yay “Real” Madridə qayıda bilər
Səudiyyə Ərəbistanının "Əl-Nasr" klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu yenidən "Real” Madridin futbolçusu ola bilər. Bu barədə məlumatı “Sky Sports” yayıb.
Mənbənin sözlərinə görə, Ronaldu gələn ilin yayında baş tutacaq klublararası dünya çempionatında oynamaq istəyir. Mənbə qeyd edir ki, Əl-Nasr turnirə vəsiqə qazana bilmədi, buna görə də 40 yaşlı hücumçu “Real” Madrid ilə qısamüddətli müqavilə imzalamağı düşünür.
İyunun 1-dən iyunun 10-dək FİFA əlavə transfer pəncərəsi açacaq, bu müddət ərzində Ronaldu “Real” Madrid ilə turnir müddətində müqavilə imzalaya bilər.
Xatırladaq ki, Ronaldo 2009-2018-ci illərdə "Real” Madridin futbolçusu olub. Bu müddət ərzində o, 438 oyun keçirib, 450 qol vurub və 131 məhsuldar ötürmə edib.
Almaz Həsənli