Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunlarının nəticələri

Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunlarının nəticələri

9 Aprel 10:39
Bəyəndim (3) Bəyənmədim (0)


Çempionlar Liqasının 2024/2025 mövsümünün 1/4 final mərhələsinin ilk oyunlarının ilk oyun günü başa çatıb. Oxuməni.az sizi ilk oyun günü baş tutan görüşlərin nəticələri ilə tanış olmağa dəvət edir.
Aprelin 8-də Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunlarının nəticələri:
Arsenal London - Real Madrid - 3:0
Deklan Rays iki cərimə zərbəsindən dubl edib, həmçinin Mikel Merino da fərqlənib. 94-cü dəqiqədə “Real”ın futbolçusu Eduardo Kamavinqa ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb.
"Bavariya" - "İnter" - 1:2
"Neradzurri"nin heyətində Lautaro Martinez və Davide Frattezi fərqləniblər. Münhenin heyətində isə Tomas Müller fərqlənib.
Cavab görüşləri aprelin 16-da baş tutacaq.
Xatırladaq ki, turnirin final oyunu 2025-ci il mayın 31-nə təyin edilib.
Çempionlar Liqasının hazırkı qalibi ötənilki finalda "Borussiya” Dortmundu 2:0 hesabı ilə məğlub edən “Real” Madriddir. Qolları ispan müdafiəçi Daniel Karvaxal və braziliyalı hücumçu Vinisius Junior vurub.
Almaz Həsənli