"Çelsi" 120 milyon avroya "Real"ın ulduzunu almağa hazırlaşır

"Çelsi" 120 milyon avroya "Real"ın ulduzunu almağa hazırlaşır

9 Aprel 15:37
Bəyəndim (0) Bəyənmədim (0)


İngiltərənin "Çelsi" klubu "Real” Madridin ulduzu Rodriqo Silva de Qoisi öz heyətinə cəlb etmək istəyir. Bu barədə “Fichajes.net” yazır.
Qeyd olunur ki, “Çelsi” 24 yaşlı futbolçunu yeni hücumameyilli lider kimi görür. İngiltərə klubu braziliyalı üçün 120 milyon avro təklif etməyə hazırdır.
Xatırladaq ki, Rodriqo 2019-cu ildə "Real” Madriddə oynamağa başlayıb. Braziliyalının "Santos"dan transferi 45 milyon avro təşkil edib. Ümumilikdə o, Madrid klubunun heyətində 68 qol vurub.
Rodriqo Braziliya millisində də yaxşı çıxış edib. 2018-ci ildə “Paulista Ligasının ən yaxşı yeni oyunçusu” mükafatını alıb.
Almaz Həsənli