
Aprelin 9-da Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunlarının nəticələri
Çempionlar Liqasının 2024/2025 mövsümünün 1/4 final mərhələsinin ilk oyunlarının ikinci oyun günü başa çatıb. Oxuməni.az sizi baş tutan görüşlərin nəticələri ilə tanış olmağa dəvət edir.
Aprelin 9-da Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunlarının nəticələri:
“PSJ” – “Aston Villa” - 3:1
Parislilərin qollarını Xviça Kvaratsxeliya, Nunu Mendeş və Desir Dye vurub. İngiltərə komandasının heyətində Morqan Rocers fərqlənib.
"Barselona" - "Borussiya” Dortmund - 4:0
Robert Levandovski iki dəfə, Rafinya və Lamin Yamal da hərəsinə bir dəfə fərqləniblər.
Cavab görüşləri aprelin 15-də baş tutacaq.
Xatırladaq ki, turnirin final oyunu 2025-ci il mayın 31-nə təyin edilib.
Çempionlar Liqasının hazırkı qalibi ötənilki finalda "Borussiya” Dortmundu 2:0 hesabı ilə məğlub edən “Real” Madriddir. Qolları ispan müdafiəçi Daniel Karvaxal və braziliyalı hücumçu Vinisius Junior vurub.
Almaz Həsənli