
Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyunlarının nəticələri
Aprelin 10-da Avropanın futbol meydanlarında 2024/2025 Avropa Liqası mövsümünün ilk 1/4 final oyunları keçirilib. Oxuməni.az baş tutan dörd oyunun nəticələri ilə tanış olmağı təklif edir.
Avropa Liqası. 1/4 final. İlk matçlar. 10 aprel:
"Bodo-Qlimt" (Norveç) - "Latsio" (İtaliya) - 2:0;
"Lion" (Fransa) - "Mançester Yunayted" (İngiltərə) - 2:2;
"Tottenhem" (İngiltərə) - "Ayntraxt" (Almaniya) - 1:1;
"Reyncers" (Şotlandiya) - "Atletik" (İspaniya) - 0:0.
Avropanın ikinci mühüm klub turnirinin 1/4 final mərhələsinin cavab oyunları aprelin 17-də baş tutacaq.
Avropa Liqasının hazırkı qalibi son yarışın finalında “Bayer” Leverkuzeni 3:0 hesabı ilə məğlub edən İtaliya “Atalanta”sıdır.
Almaz Həsənli
Digər xəbərlər