Yunan-Roma güləşi üzrə Azərbaycan yığması ikinci dəfə Avropa çempionatının qalibi olub

Yunan-Roma güləşi üzrə Azərbaycan yığması ikinci dəfə Avropa çempionatının qalibi olub

14 Aprel 10:40
Bəyəndim (3) Bəyənmədim (0)


Yunan-Roma güləşi üzrə Azərbaycan yığması Bratislavada (Slovakiya) keçirilən Avropa çempionatında komanda hesabında birinci yeri tutub.
Milli komanda 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanaraq, ümumilikdə 151 xal toplayaraq, ümumi komanda hesabında birinci yeri tutaraq, Avropanın ən güclü komandası olub. Bu nailiyyət Azərbaycan milli komandasının Avropa çempionatındakı çıxışı tarixində ikinci olub.
Türkiyə ikinci (110 xal), üçüncü yerdə isə Macarıstan (104 xal) qərarlaşıb.
Qızıl medalları Nihat Məmmədli (60 kq), Xəsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qazanıb. Eldəniz Əzizli (55 kq) gümüş, Ülvü Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazanıblar.
Xatırladaq ki, yunan-Roma güləşi üzrə yığmamız ilk belə qələbəsini 2022-ci ildə əldə etmişdi.
Almaz Həsənli