
Aprelin 15-də keçirilən Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunlarının nəticələri
Çempionlar Liqasının 2024/2025 mövsümünün 1/4 final mərhələsinin cavab oyunlarının ilk oyun günü başa çatıb. Oxuməni.az sizi baş tutan görüşlərin nəticələri ilə tanış olmağa dəvət edir.
Aprelin 15-də Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunlarının nəticələri:
"Borussiya” Dortmund (Almaniya) - "Barselona" (İspaniya) - 3:1;
“Aston Villa” (İngiltərə) – “Paris Sen-Jermen” (Fransa) – 3:2.
İlk görüşlər bir həftə əvvəl baş tutub və “Barselona” (4:0) və PSJ-nin (3:1) qələbəsi ilə yekunlaşıb. Beləliklə, kataloniyalılar və parislilər cavab görüşlərində məğlub olsalar da, Çempionlar Liqasında çıxışlarını davam etdirəcəklər. “Borussiya” və “Aston Villa” turniri tərk ediblər.
Çempionlar Liqasının hazırkı qalibi ötənilki finalda "Borussiya” Dortmundu 2:0 hesabı ilə məğlub edən “Real” Madriddir. Qolları ispan müdafiəçi Daniel Karvaxal və braziliyalı hücumçu Vinisius Junior vurublar.
Almaz Həsənli