
Konfrans Liqasının yarımfinal mərhələsinin ilk oyunlarının nəticələri
UEFA Konfrans Liqasının ilk yarımfinal oyunları başa çatıb. Oxuməni.az oxucuları mayın 1-də keçiriləcək oyun gününün nəticələri ilə tanış olmağa dəvət edir.
Mayın 1-də Konfrans Liqasının yarımfinal mərhələsinin ilk oyunlarının nəticələri:
"Betis" (İspaniya) - "Fiorentina" (İtaliya) - 2:1;
“Yurqorden” (İsveç) – “Çelsi” (İngiltərə) – 1:4.
Konfrans Liqasının cavab yarımfinal oyunları Florensiya və Londonda keçiriləcək. Oyunlar cümə axşamı, mayın 8-nə təyin edilib.
Konfrans Liqasının hazırkı qalibi ötən mövsüm final oyununda İtaliyadan “Fiorentina”nı məğlub edən Yunanıstan təmsilçisi “Olimpiakos”dur. 2024/25 Konfrans Liqasının finalı mayın 28-də Polşada keçiriləcək.
Almaz Həsənli
Digər xəbərlər