Kriştianu Ronaldunun oğlu Portuqaliya U-15 yığmasında ilk qolu vurub

Kriştianu Ronaldunun oğlu Portuqaliya U-15 yığmasında ilk qolu vurub

11:20
Bəyəndim (2) Bəyənmədim (0)

Beş dəfə “Qızıl top”un qalibi və “Real Madrid”in keçmiş hücumçusu Kriştianu Ronaldunun 14 yaşlı oğlu kiçik Kriştianu Ronaldu Portuqaliya U15 komandasının heyətində iki debüt qolu vurub.
Kriştianu duş Santuş qolu atasının üslubunda qeyd edib (tullandıqdan sonra qollarını yanlara açaraq).
Komanda beynəlxalq turnirin finalında Xorvatiyadan olan həmyaşıdları ilə qarşılaşıb. Oyun portuqalların 3:2 hesablı qələbəsi ilə başa çatıb. Matçın 13 və 44-cü dəqiqələrində kiçik Kriştianu fərqlənib.
Daha əvvəl məlum olmuşdu ki, "Real” Madrid kiçik Kriştianu Ronaldu ilə maraqlanır.Kral klubu 14 yaşlı futbolçunu Xorvatiyada keçirilən beynəlxalq turnirdə yaponiyalı həmyaşıdlarını 4:1 hesabı ilə məğlub edən Portuqaliya gənclər yığmasının heyətində debüt oyununda izləyib.
kiçik Kriştianu Ronaldu “Al Nəsr” gənclər komandasında oynayır və əvvəllər “Posuelo”, “Yuventus” və “Real” Madrid akademiyalarında çıxış edib.

Almaz Həsənli