
Messi tarixin ən yaxşı futbolçusu seçildi, Ronaldu isə ilk 3-lükdən kənarda qaldı
"İnter Mayami"nin və Argentina millisinin hücumçusu Lionel Messi Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) tərəfindən futbol tarixinin ən yaxşı oyunçusu seçilib.
Oxuməni.az xəbər verir ki, bu barədə məlumat qurumun rəsmi saytında yer alıb.
Argentinalı hətta reytinq müəlliflərinin ikinci yerdə yerləşdirdiyi braziliyalı Peleni də geridə qoyub.
İlk üçlüyü Messinin həmyerlisi Dieqo Maradona tamamlayıb.
İlk onluqda həmçinin Kriştianu Ronaldu, Yohan Kroyff, Ronaldo, Zinəddin Zidan, Frans Bekkenbauer, Alfredo Di Stefano və Ronaldinyo yer alıb.
Messi səkkiz dəfə "Qızıl top" u qazanıb, dörd dəfə Çempionlar Liqasının qalibi olub və 2022-ci ildə Argentina ilə dünya çempionu adını qazanıb.
Bundan əvvəl IFFHS Lev Yaşini futbol tarixinin ən yaxşı qapıçısı kimi tanıyıb.
Almaz Həsənli