
Sabah Bakıda minifutbol üzrə dünya çempionatı start götürəcək
Bakıda Milli Gimnastika Arenası minifutbol üzrə altıncı dünya çempionatının keçirildiyi məkana çevriləcək.
Mayın 21-də Bakıda Dünya Minifutbol Federasiyasının (WMF) himayəsi altında keçirilən mini-futbol üzrə dünya çempionatı başlayacaq.Bu barədə Oxuməni.az xəbər verir.
Dünya çempionatı türkiyəli müğənni Aleyna Tilki və Azərbaycanın xalq artisti Aygün Kazımovanın ifası ilə açılacaq.
Turnir çərçivəsində Bakıda Milli Gimnastika Arenasında 32 ölkənin komandası üz-üzə gələcək. Turnirin finalı iyunun 1-də baş tutacaq.
Azərbaycan Sloveniya, Mavritaniya və Bəhreyn komandaları ilə eyni qrupda yer alıb. Mayın 21- Azərbaycan komandası Bəhreynlə qarşılaşacaq.
Digər qrupların tərkibi belədir:
B qrupu: Rumıniya, Fransa, Çad, Özbəkistan
C qrupu: Macarıstan, Ukrayna, İngiltərə, Türkiyə
D qrupu: Slovakiya, Bolqarıstan, Portuqaliya, Hindistan
E qrupu: Meksika, Monteneqro, Tailand, Kosta Rika
F qrupu: Qazaxıstan, ABŞ, Bosniya və Herseqovina, Polşa
G qrupu: Çexiya, Gürcüstan, BƏƏ, Argentina
H qrupu: Serbiya, Qana, İspaniya, İsrail
Minifutbol üzrə Dünya Çempionatı (WMF) iki ildən bir keçirilir. BƏƏ-də keçirilən sonuncu turnirdə Azərbaycan komandası yarımfinalda Qazaxıstana məğlub olmuşdu.
Almaz Həsənli