
Azərbaycan Mavritaniyaya qalib gələrək dünya çempionatının 1/8 finalına yüksəlib
Bakıda Milli Gimnastika Arenasında 32 komandanın iştirak etdiyi minifutbol üzrə dünya çempionatı davam edir.
Bakıda keçirilən futzal üzrə dünya çempionatında Azərbaycan millisi qrup mərhələsində üçüncü – sonuncu oyununu Mavritaniya komandasına qarşı keçirib.
Hakimin final fiti komandamızın 2:0 hesablı qələbəsindən xəbər verirdi. Ramiz Çovdarov penaltidən fərqlənib, rəqiblər daha bir qolu öz qapılarına vurub.
Beləliklə, 7 xalla Azərbaycan komandası A qrupunda 1-ci yeri tutmuşdur. Mavritaniya üz-üzə nəticələrə əsasən, Bəhreyni qabaqlayaraq 4 xalla 2-ci yerdə başa vurub.
Azərbaycan və Mavritaniya 1/8 finala yüksəliblər.
Azərbaycan yığmasının 1/8 finaldakı rəqibi bəlli olub. Bu, hazırkı dünya çempionu Rumıniya komandasıdır.
Azərbaycan - Rumıniya oyunu mayın 27-də keçiriləcək və saat 20:30-da başlayacaq.
Dünya çempionatına iyunun 1-də yekun vurulacaq və qarşılaşmalar Milli Gimnastika Arenasında keçirilir.
Almaz Həsənli