
ABŞ 1960-cı ildən bəri ilk dəfə Dünya Xokkey Çempionatının qalibi olub
ABŞ komandası əlavə vaxtda İsveçrəni məğlub edərək 1960-cı ildən bəri ilk dəfə Buzda Xokkey üzrə Dünya Çempionatının qalibi olub. Finalçılar mayın 25-də Stokholmda qarşılaşıblar.
Oyun əlavə vaxtda ABŞ komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. Qələbə qolunu 63-cü dəqiqədə 27 yaşlı Amerika komandasının hücumçusu Teyc Tompson vurub. İsveçrəli qapıçı Leonardo Genoni fərqləndi və akkreditə olunmuş medianın səsverməsi ilə Buzda Xokkey üzrə Dünya Çempionatının ən dəyərli oyunçusu seçildi.
ABŞ komandası tarixində üçüncü dəfə Dünya Çempionatının qalibi olub. Amerikalılar ilk dəfə 1933-cü ildə, ikinci dəfə isə 1960-cı ildə çempion olublar. Bundan başqa, amerikalı xokkeyçilər bu turnirdə doqquz dəfə gümüş medal qazanıblar.
İsveçrəlilər Dünya Çempionatında beş gümüş və səkkiz bürünc medal qazanıb və beş turnirdə (1935, 2013, 2018, 2024 və 2025) finala yüksəliblər, lakin heç vaxt qızıl qazanmayıblar.
Buzda xokkey üzrə dünya çempionatında Danimarkanı 6-2 hesabı ilə məğlub edən İsveç millisi bürünc medal qazanıb. Görüş mayın 25-də Stokholmdakı “Avicii Arena”da baş tutub. Qələbə sayəsində İsveç yığması ardıcıl ikinci dəfə bu yarışların bürünc mükafatçısı ola bildi. Danimarka üçün ilk dördlüyə düşmək tarixdə ilk idi.
Almaz Həsənli