
Azərbaycan İngiltərəni məğlub edərək dünya çempionatının yarımfinalına yüksəlib
Bakıda 32 komandanın iştirak etdiyi minifutbol üzrə dünya çempionatı keçirilir.
Minifutbol üzrə Azərbaycan milli komandası 1/4 final matçında İngiltərəyə qalib gələrək Bakıda keçirilən dünya çempionatının yarımfinal mərhələsinə yüksəlib.
Azərbaycan milli komandası İngilislərə 2:1 hesabı ilə qalib gəliblər. Hesabı 14-cü dəqiqədə Təmkin Xəlilzadə açıb. Musa Bam 35-ci dəqiqədə bərabərliyi bərpa edib.
Oyunun taleyini 48-ci dəqiqədə avtoqol həll edib. Qolun müəllifi Sem Fitscerald olub.
Daha əvvəl "milli" Bəhreynlə bərabərə qalıb (1:1), Sloveniya (4:0), Mavritaniya (2:0) və Rumıniyanı (1:1, 2:1 penaltilər seriyasında) məğlub edib.
Azərbaycan yarımfinalda Çexiyanı 1:0 məğlub edən Monteneqro ilə qarşılaşacaq.
Yarımfinal oyunları mayın 30-da saat 20:00 keçiriləcək.
Almaz Həsənli