
Ceki Çan karate üzrə qara kəmər alıb
Aktyor və teleaparıcı Ceki Çan karate üzrə qara kəmərin fəxri sahibi olub. Oxuməni.az xəbər verir ki, bu barədə Dünya Karate Federasiyasının (WKF) mətbuat xidməti məlumat yayıb.
Mükafatlandırma mərasimi Nyu-Yorkda “The Karate Kid: Legends” filminin premyerasında baş tutub. Ceki Çana qara kəməri WKF-nin baş katibi Toşihisa Naqura təqdim edib.
2017-ci ildə aktyor “Oskar” mükafatı aldı. Çində Ceki Çan daha çox Chen Lun təxəllüsü ilə tanınır.
Tayvanlı aktrisa Lin Fençjyao ilə evlidir. 1982-ci ildə cütlüyün Çan Çzumin adlı oğlu dünyaya gəlib. O, Ceysi Çan təxəllüsü ilə aktyor və müğənni kimi tanınır. Çanın aktrisa Eleyn U Çilidən Etta U Çjolin adlı qeyri-qanuni qızı var. Aktyor qızı tanısa da, böyütməyib.
Almaz Həsənli
Digər xəbərlər